Qadjetləri enerji ilə təmin edən çanta hazırlanıb

09 Avqust 2016 - 10:08 | Maraqlı məlumatlar
Qadjetləri enerji ilə təmin edən çanta hazırlanıb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

ABŞ-ın “Hewlett-Packard” (HP) şirkəti qurğuları enerji ilə təmin etmək üçün nəzərdə tutulan güclü akkumulyatora malik “HP Powerup Backpack” çantasını təqdim edib.

hitech.newsru.com saytının məlumatına görə, zahirən adi çantalardan fərqlənməyən “HP Powerup Backpack” sukeçirməzdir. Xüsusi sensorlar qadjetlərin enerji ilə doldurulması zamanı çantanın daxilindəki temperaturu izləyir.

Çantaya quraşdırılmış 22400 milliamper/saat tutuma malik batareya sayəsində smartfonu 10 dəfə, planşeti isə 3 dəfə enerji ilə doldurmaq mümkündür. Batareya noutbukun qida mənbəyi kimi də istifadə edilə bilər.

Oktyabr ayında satışa çıxarılacaq çantanın qiyməti 200 ABŞ dolları təşkil edəcək.