“Digitsole” şirkəti ağıllı ayaqqabı seriyasını təqdim edib

07 Yanvar 2016 - 15:05 | Maraqlı məlumatlar
“Digitsole” şirkəti  ağıllı ayaqqabı seriyasını təqdim edib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2016” – Beynəlxalq elektronika sərgisi şirkətlərə qeyri-adi ixtiralarını və nadir məhsullarını dünyaya təqdim etməyə imkan verir. Fransanın “Digitsole” şirkəti ziyarətçilərə özünün ağıllı ayaqqabı seriyasını təqdim edib. Sərgidə mühəndislər gələcəyin ayaqqabısının malik olduğu imkanlardan danışıblar.  

Bugünkü gündə “Digitsole”nin ağıllı ayaqqabı seriyası 3 modeldən ibarətdir. “Smartshoe” modeli şəhər şəraitində istifadə üçün nəzərdə tutulub. Ayaqqabının əsas üstünlüyü qış fəslində ayaqları isitmək qabiliyyətinə malik olmasındadır. Bundan əlavə, krossovkalar içərisində yerləşdirilmiş sensor sayəsində atdığınız addımların sayını, həmçinin gün ərzində itirdiyiniz kalorini hesablaya bilir. Ayaqqabıların bağı isə yoxdur, onlar smartfondan verilən komanda ilə ayağınıza çəkilərək bağlanır. Krossovka Bluetooth ilə təchiz olunub.

Ayaqqabının ön hissəsində kiçik işıqdiodlu fonar yerləşdirilib ki, bu da qaranlıqda yolu görməyə imkan verir. Krossovkalar həm də öz sahiblərinə yararlı olub-olmadıqlarına da nəzarət edirlər. Belə ki, əgər ayaqqabının altlığı dağılıbsa və ya çox köhnəlibsə, sahibi bu haqda o dəqiqə xəbər tutur. Belə olan halda altlığı dəyişmək mümkündür, ya da 450 dollara bir cüt yeni ayaqqabı almaq lazım gələcək.

“Smartshoe” modeli enerji ilə naqilsiz stansiyadan təchiz olunur və bir neçə günə kimi işləyə bilir. “Warm” seriyasından olan 2 model enerji ilə microUSB-kabel vasitəsilə təchiz olunur və fasiləsiz olaraq 6 saata yaxın işləyir.

Ağıllı ayaqqabının 2016-cı ilin sonunadək satışa çıxarılacağı gözlənilir.

hi-news.ru