Dünyanın istənilən dilində jestlərlə ünsiyyət qurmağa imkan verən əlcək hazırlanıb

22 Oktyabr 2015 - 16:27 | Maraqlı məlumatlar
Dünyanın istənilən dilində jestlərlə ünsiyyət qurmağa imkan verən əlcək hazırlanıb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

London Universitetinin nəzdindəki Qoldsmit kollecinin (Böyük Britaniya) tələbəsi Hadil Ayub işarə dilindən ifadələri tərcümə etməyə imkan verən əlcək hazırlayıb.

“Jestlər dili əlcəyi” (SignLanguageGlove) tərcüməçi-əlcək prototipi Arduino adlı quraşdırılmış mikrokompüterin köməyilə idarə olunur. Əlcəyin hər barmağında onun hərəkətini izləyən sensor quraşdırılıb.

popmech.ru saytının məlumatına görə, idarəedici blok əlcəyin barmaqları və əlin yerdəyişməsini izləyən akselerometrdən daxil olan məlumatları toplayır. Bütün hərəkətlər kompüter tərəfindən qeydə alınır və mövcud məlumat bazasıyla müqayisə edilir. Jestlər əsasında yığılmış mətn ekranda nümayiş etdirilir və ya qurğunun dinamiki vasitəsilə səsləndirilir.

Gələcəkdə əlcəyin Wi-Fi-ın köməyi ilə smartfonlarla sinxronlaşdırılması nəzərdə tutulur. Bu, əlcəyin tərcüməçi-proqramlar vasitəsilə sinxron işini reallaşdırmağa imkan verəcək, işarə dilində danışan insanlara istənilən dildə ünsiyyət imkanı yaradacaq.