Simmetrik dizayna malik smartfon təqdim olunub

27 Avqust 2015 - 15:17 | Maraqlı məlumatlar
Simmetrik dizayna malik smartfon təqdim olunub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Panasonic” şirkəti “Eluga Switch” adlı qeyri-adi smartfon istifadəyə verib. Qurğu simmetrik dizayn və akustik sistemə malikdir.
 
Qurğunun üst və aşağı hissələri oxşardır və xüsusi istifadəçi interfeysi sayəsində cihazın istənilən vəziyyətində telefonla danışmaq mümkündür. 

dailycomm.ru saytının məlumatına görə, “Panasonic Eluga Switch” 1,5 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru, “Full HD” formatlı 5,5 düymlük “IPS” ekran, 13 və 8 meqapiksellik kamera, 2 Gb əməli və 32 Gb daxili yaddaşa malikdir. Qurğuya “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Smartfonun hələ ki, yalnız Hindistanda satışa çıxarılması nəzərdə tutulub. Qiyməti təxminən 300 ABŞ dolları təşkil edir.