Anar Fərzulla oğlu Səmidov 1978-ci ildə anadan olmuşdur. 

1995-ci ildə orta məktəbi, 2001-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mexanikləşdirmə və avtomatlaşdırma” fakültəsinin bakalavr dərəcəsini, 2003-ci ildə həmin fakültənin magistr dərəcəsini bitirib. 

1999-cu ildən ARETN İnformasiya Texnologiyaları İnstitutunda işləyir. 

Coğrafi informasiya sistemləri (GİS) tətbiq sahələri və inkişaf perspektivləri istiqaməti üzrə elmi-tədqiqat işləri aparır.

Kiberfiziki Geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi, Süni intellekt texnologiyalarının tətbiqi ilə multimedia resurslarının vizuallaşdırılması və animasiyası problemlərinin araşdırılması sahəsində tədqiqatlar aparır.

İnstitutun əməkdaşları tərəfindən tərtib edilmiş kitab, tədris materialları və metodik vəsaitlərin çapı, müxtəlif çap və dizayn işləri, kompüter qrafikası, animasiya və dizayn sahəsində müxtəlif xarakterli işlər, təqdimat üçün multimedia slaydlarının hazırlanması kimi işlərə rəhbərlik edir. 

5 elmi məqalənin və 8 tezisin müəllifidir.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.  

Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri vəzifəsində çalışır.

 

Elmi əsərləri haqqında məlumat. 

Xidməti tel.: (+994 12) 510 42 74

Mobil tel.:     (+994 50) 611 34 04

Elektron poçt: anarsamidov@gmail.com