Əsas fəaliyyət istiqamətləri | - Magistratura, doktorantura və dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması;
- Magistraturada və doktoranturada təhsil proqramının həyata keçirilməsi;
- Magistrant və doktorantların fərdi iş planlarının hazırlanması və attestasiyası işinin təşkili;
- Doktorantların doktorluq imtahanlarının verilməsi işinin təşkili;
- Nüfuzlu elmi jurnal və məcmuələrdə doktorantların elmi tədqiqatlarının nəticələrinin çap olunmasına dəstək və tövsiyələrin verilməsi;
- Magistrant və doktorantların elmi fəaliyyətinin və attestasiya nəticələrinin təhlili, monitorinqin aparılması və hesabatların hazırlanması;
- Magistrant və doktorantların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tədbirlərin görülməsi.
|