Tel. | (+ 994 12) 539 83 79 |
Faks | (+ 994 12) 539 61 21 |
Elektron poçtu | sis@iit.science.az |
Struktur bölmənin rəhbəri | Mədinə Tacəddin qızı Səidova |
Əsas fəaliyyət istiqamətləri | - E-kitabxanaların formalaşması problemləri;
- Elmmetriyanın problemləri;
- Antiplagiat və DOI xidmətləri.
|
Əsas elmi nəticələri | - İntellektual elektron kitabxana şəbəkələri modeli işlənmişdir;
- İntellektual elektron kitabxanalarda toplanmış qeydiyyat məlumatlarının intellektual emalı və analizi məsələləri araşdırılmışdır;
- Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə çap əlyazma simvolları üçün tanıma sistemi hazırlanmışdır;
- Mətnlərin klassifikasiyası üçün neyro-fazi şəbəkə əsasında alqoritm təklif olunmuşdur;
- Bibliometrik üsulların tətbiqi vasitəsilə kitabxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatın qiymətləndirilməsi üçün yeni indeksin işlənib hazırlanması məqsədilə elmi araşdırmalar aparılır;
- Mövcud elmmetrik göstəricilərin təkmilləşdirilməsi və yeni göstəricilərin təklif olunması istiqamətində tədqiqatlar aparılır;
- Elmmetriyanın, o cümlədən bibliometriya və vebometriyanın müasir vəziyyəti öyrənilmiş və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilmişdir;
- Tədqiqatçının elmi fəaliyyətinin, elmi jurnalların və məqalələrin qiymətləndirilməsi üçün yeni metod və indekslər işlənilmişdir;
- Dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlər təklif edilmişdir;
- Azərbaycanda nəşr olunan bir neçə jurnalın milli impakt faktoru hesablanmışdır;
- Azərbaycanda milli antiplagiat xidmətinin yaradılması üçün təkliflər işlənilmişdir;
- Elmi nəşrlərin antiplagiat sistemində unikallığının qiymətləndirilməsi üçün tövsiyələr işlənilmişdir;
- Elmi əsərlərin intellektual analizi üçün DOI-nin xidmət və imkanları araşdırılmış və təhlil edilmişdir;
- Jurnalogiya (akademik nəşr prosesləri) elminin aspektləri araşdırılmışdır;
- Elmdə “qara bazar”ın formalaşması xüsusiyyətləri və onlarla mübarizə üsulları araşdırılmışdır.
|