Rəşid Qurbanəli oğlu Ələkbərov 1953-cü ildə anadan olmuşdur.

1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini bitirmişdir.

1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutuna təyinatla göndərilmiş və burada mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən AEA-nın Avtomatlaşdırmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə keçirilmişdir. Burada aparıcı mühəndis, qrup rəhbəri, 1992-ci ildən isə laboratoriya müdiri vəzifələrində çalışmışdır.

2006-cı ildə “Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır.

Lokal kompüter şəbəkələrinin layihələndirilməsi, kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi sahəsində mühüm nəticələr əldə etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi üçün xüsusi təyinatlı informasiya sisteminin yaradılması layihəsinin rəhbəri olmuşdur. Kompüter texnikasında “2000-ci il” problemi ilə əlaqədar proqramın AMEA üzrə koordinatoru olmuşdur.

1985-1991-ci illərdə Azərbaycan Texniki Universitetində baş müəllim işləmiş, hazırda İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində kurator və müəllim kimi fəaliyyət göstərmişdir.

Milli Superkompüter Mərkəzinin və onun ümumrespublika infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi, maliyyə və s.) təkliflərin və sənədlərin işlənməsi məsələləri ilə məşğul olmuşdur.

2002-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərini həyata keçirən şöbəyə rəhbərlik etmişdir.

Hal-hazırda bulud texnologiyaları əsasında verilənlərin emal mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması istiqamətində, bulud texnologiyalarının müxtəlif şəbəkə mühitində sintezi modellərinin, mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi, elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənməsi, Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri, SCADA sistemlərinin bulud hesablama mühitinə miqrasiyasının konseptual modelinin və təhlükəsizlik mexanizmlərinin işlənməsi, kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və metodlar işlənməsi sahəsində tədqiqat işləri aparır.

Kütləvi informasiya vasitələrində informasiya-telekommunikasiya texnologiyalarının aktual problemlərinə həsr olunmuş məqalələrlə çıxış edır.

100-dən çox elmi işin, o cümlədən 5 ixtiranın müəllifidir.

2008-ci ildən AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Standartlaşma üzrə Texniki Komitənin üzvüdür.

2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2010-cu ildən “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturunun yaradılması və genişləndirilməsi işlərini həyata keçirən, həmçinin İnternet xidmətləri göstərən şöbəyə rəhbərlik edir. 

2011-ci ildən Tədris-İnnovasiya Mərkəzində distant təhsil sisteminin infrastrukturunun yaradılması işlərinə rəhbərlik edir.

2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun baş mühəndisi vəzifəsinə təsdiq edilmişdir.

2013-cü ildə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

2015-ci ildə institutun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilmişdir. 

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

2018-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

2021-ci il 5 iyul tarixindən institutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.

 

 

 Elmi əsərləri haqqında məlumat.

Xidməti tel.: (+994 12) 510 29 68
Mobil tel.: (+994 50) 313 61 96
Elektron poçtu: icraci_direktor@iit.science.azrashid.alakberov@gmail.com 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı