AzScienceCERT “Trusted Introducer” təşkilatında növbəti akkreditasiyadan uğurla keçib 12.03.2018    16:25 / Mühüm hadisələr

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Babək Nəbiyev institutun Elmi şurasında çıxışı zamanı məlumat verib. Bildirib ki, AzScienceCERT xidməti GEANT-ın (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) tərkibində olan “Trusted Introducer” təşkilatında növbəti akkreditasiyadan keçərək sertifikat əldə edib.

İlk akkreditasiyanın 2012-ci ildən həyata keçirildiyini diqqətə çatdıran B.Nəbiyev AzScienceNet-in “Trusted Introducer”in sertifikatına layiq görülmüş ilk  Azərbaycan qurumu olduğunu qeyd edib.

O, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün hazırladığı Qlobal kibertəhlükəsizlik indeksində (Global Cybersecurity İndex) Azərbaycanın beynəlxalq hesabatda ilk 50 ölkənin, regional hesabatda isə ilk 5 ölkənin sırasına daxil olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ölkələr bu indeksdə 5 əsas göstəriciyə – qanunvericilik bazası, texniki məlumatlar, təşkilati məsələlər, keyfiyyətin yüksəldilməsi və əməkdaşlığa görə qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR