Milli Oftalmologiya Mərkəzi institut əməkdaşları üçün pulsuz müayinə aksiyası keçirdi 11.01.2018    03:44 / Mühüm hadisələr

11 yanvar 2018-ci il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları üçün pulsuz göz müayinəsini həyata keçirdi. Humanitar aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edildi, onların görmə itiliyi, göz təzyiqi yoxlanıldı və zəruri müalicə tədbirləri müəyyənləşdirildi.

Milli Oftalmologiya Mərkəzinin Eksimer-Lazer şöbəsinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq, cərrah Aygün Səfərovanın sözlərinə görə, bu aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.

O, göz müayinəsinin keçirilməsi üçün Səyyar Klinikanın geniş texniki imkanlara malik olduğunu qeyd etdi. Bildirdi ki, aparılan müayinələr zamanı əsas etibarilə quru göz sindromu və spazm kimi patalogiyalar aşkarlanmışdır ki, bu da kompüterlə sıx təmasda olan insanlar üçün xarakterikdir: “Kompüterdən mütəmadi istifadə edən şəxslərin ildə iki dəfə müayinədən keçmələri, müalicəvi göz damcılarından istifadə etmələri, iş otağının havasını tez-tez dəyişmələri məsləhət görülür”.

A.Səfərova bu aksiyanın AMEA-nın digər institut və təşkilatlarında da keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsi və müalicəsi sahəsində aksiyalar keçirir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR