“Elektron burun” yaradılıb 10.08.2017    04:40 / Texnoloji yeniliklər

Moskva Elektronika və Riyaziyyat İnstitutunun Milli Tədqiqat Universitetinin texnologiyalar, sistemlər və proseslər sahəsində kosmik tədqiqatlar laboratoriyasının əməkdaşları qoxuların tanınması üçün neyroşəbəkə əsasında süni intellekti tətbiq ediblər. Bu, kimyəvi maddələrin geniş sinfinin qoxusunun tanınması üçün yığcam “elektron burun” qadcetinin patentini almağa imkan verib.

ferra.ru saytının məlumatında bildirilir ki, ideyaya əsasən, “elektron burun” yalnız müxtəlif qaz qarışıqlarını ayırd etməyəcək, həm də yeni qoxuları yadda saxlayacaq. Mütəxəssislər gələcəkdə qurğunun təhlükəsizlik xidmətləri ilə yanaşı, adi vətəndaşlar üçün də yararlı olacağını qeyd ediblər.

Universitetin professoru Vladimir Kulaqin bildirib ki, “elektron burun” qaz qarışıqlarının keyfiyyətli tərkibinin müəyyən edilməsi üçün ölçü cihazıdır. Hazırda çoxlu sayda qaz və qoxu sensorları mövcuddur, lakin onların hamısı yalnız müəyyən bir qoxunun tanınmasına uyğunlaşdırılıb. Yeni qadcet isə universaldır.

Tədqiqatçıların təklif etdiyi qurğu qarışıqların analizi zamanı yüksək dəqiqliyə nail olmağa imkan verir. Bunun sayəsində cihazın işini yeni qoxuları yadda saxlayan və onlarla yenidən qarşılaşdıqda asanlıqla ayırd edən canlıların iybilmə orqanlarının işi ilə müqayisə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR