İnformasiya təhlükəsizliyi sahəsində tədqiqatlar davam etdirilir 12.07.2017    12:09 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2017-ci il üçün yarımillik hesabat iclası keçirildi. Şöbənin baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev məruzə ilə çıxış edərək öncə elmi-tədqiqat işləri haqqında məlumat verdi. Şöbədə e-dövlətin informasiya təhlükəsizliyi, özəl sektorun informasiya təhlükəsizliyi,  kompüter şəbəkələrinin intellektual monitorinqi sistemi üçün konseptual modellərin təklif edildiyini bildirdi. Həmçinin proqram təminatının təhlükəsizliyi, verifikasiya və monitorinqi üçün istifadə edilən üsulların analiz edildiyini, bulud mühitində yükün balanslaşdırılması üçün çoxkriteriyalı optimallaşdırma üsulunun təklif olunduğunu, kiber-fiziki sistemlərin təhlükəsizlik məsələləri üzrə mövcud tədqiqatların analizi və klassifikasiyasının aparıldığını qeyd etdi.

Onun sözlərinə görə, şöbədə şəbəkə təhlükəsizliyinin prinsipial baxımdan yeni və daha effektli olan intellektual monitorinqi, e-imza infrastrukturunun sintezi problemləri, mobil imza və elektron ödəniş tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi metrikları, proqram təminatında olan boşluqların başvermə səbəbləri, təzahürləri və aşkarlanması, maşın təlimi metodları və dərin neyron şəbəkələrin tətbiqi ilə zərərli proqramların müəyyən edilməsi məsələləri tədqiq edilmişdir.

Şöbənin elmi-innovasiya fəaliyyəti haqqında məlumat verən məruzəçi AzScienceNet İnformasiya Təhlükəsizliyi və Monitorinq  Xidməti və AzScienceCERT üzrə bir sıra işlərin yerinə yetirildiyini dedi.  Həmçinin qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyiylə 13 saylı şöbə ilə birgə “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi yerinə yetirilmişdir.

 R.Şıxəliyev şöbə əməkdaşları tərəfindən 17 məqalənin respublika və beynəlxalq səviyyəli jurnallarda nəşr olunduğunu, 23 konfrans materialı və bir neçə məqaləyə rəylərin hazırlandığını diqqətə çatdırdı.

Məruzəçi, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfranslar, seminarlar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, o cümlədən beynəlxalq elmi əməkdaşlığın inkişafı istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi.

Hesabat ətrafında müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR