“Elektron test sistemi” üzrə treninq iştirakçılarına sertifikatlar təqdim olundu 18.05.2017    04:54 / Konfranslar, iclaslar

Cari ilin aprelin sonu və mayın əvvəllərində AMEA rəhbərliyinin tapşırığı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili işinin daha da yaxşılaşdırılması məqsədilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşları üçün yenidən “Elektron test sistemi”nin istismarı üzrə treninqlər keçirilib. Bu treninqlərdə AMEA-nın 28 elmi müəssisəsindən 55 nəfər iştirak edib. Treninqdə iştirak edən şəxslərin bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilib. İştirakçılardan 41 nəfəri imtahanlardan uğurla keçib.

Bu gün İnformasiya Texnologiyaları İnstitutunda treninqləri müvəffəqiyyətlə başa vurmuş istirakçılara sertifikatlarların təqdim olunması məqsədilə tədbir keçirildi.

Tədbiri giriş nitqi ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bildirdi ki, hazırda təhsil prosesində geniş istifadə olunan test texnologiyaları imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Alim qeyd etdi ki, AMEA Rəyasət Heyətinin “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir. Bu prosesdə AMEA-nın elmi müəssisələrinə İKT-nin tətbiqi ilə bağlı texniki dəstəyin göstərilməsi AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.

Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələrində imtahanların test sistemi əsasında keçirilməsi üçün proqram təminatı institutun mütəxəssisləri tərəfindən hazırlanıb. 28 elmi müəssisənin müraciəti əsasında bu institutlarda imtahanların test üsulu ilə keçirilməsi üçün zəruri texniki avadanlıqların təminatı ilə bağlı məsləhətlər verilib. Hazırda elektron test sistemi bu müəssisələrdə uğurla tətbiq olunur.

Sonda treninqi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR