İnstitutun Dissertasiya şurasının tərkibi təsdiq edilib 09.03.2017    12:00 / Mühüm hadisələr

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart 2017-ci il tarixli əmri ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.01.231 Dissertasiya şurasının tərkibi təsdiq edilib.

Dissertasiya şurası 17 nəfərdən ibarət tərkibdə təsdiq edilib. Şuranın sədri AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, sədr müavini texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev, elmi katibi isə texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevdir.

Dissertasiya şurasına 1203.01 – “Kompüter elmləri”, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə dissertasiyaların müdafiəsinin keçirilməsi səlahiyyəti verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

Dünya şöhrətlİ alİm Lütfİ Zadə İlə vİda mərasİmİ keçİrİlİb
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR