Spamlarla necə mübarizə aparmalı? 09.03.2017    11:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Seminarın AzScienceNet şəbəkəsində spamlarla mübarizə üsullarına həsr olunduğunu bildirdi.  

Məruzəni təqdim edən AzScienceNet-in Data Mərkəzinin administratoru Tural Mustafayev reklam və ya digər məzmunlu məlumatlar olan spamların elektron poçt ünvanlarına kütləvi və anonim olaraq göndərildiyini söylədi.

T.Mustafayev spamların yaranma tarixi barədə məlumat verərək onların 1937-ci ildə “Hormel” şirkәti tәrәfindәn ticarәt markası kimi qeydiyyatdan keçirildiyini, 80-ci illərdə isə “Usenet” konfranslarında çox sayda reklam məzmunlu elektron ismarıcların yayılmağa başladığını bildirdi.

Sonra məruzəçi spamların geniş yayıldığı ölkələrin statistikası və spam məktubların qlobal e-poçt trafikində həcmini nümayiş etdirən qrafiki təqdim etdi.

O, həmçinin spamlarla mübarizə üsullarından söz açaraq bildirdi ki, onların yayılmasının qarşısını almaq üçün korporativ və ya şəxsi elektron poçt ünvanları kütləvi elan səhifələrində yerləşdirilməməli, şəxsi istifadə üçün nəzərdə tutulan və ya şübhəli xidmətlərdə qeydiyyatdan keçməməli, spam məktublar açılmamalı, o cümlədən ikiqat gizlilik şifrəsi və mümkün qədər mürəkkəb şifrələrdən istifadə olunmalıdır.

Sonda T.Mustafayev spamlarla mübarizə məqsədilə antispam və spam filter proqramlarının mövcud olduğunu söyləyərək bu proqramlardan istifadə qaydaları haqqında məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR