sa sa sa

 Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 

1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 

1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, 1988-1992 və 2000-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda işləyir. 

2002-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "01.01.02 - Diferensial tənliklər" ixtisası üzrə “Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi” mövzusunda namizədlik (fizika-riyaziyyat elmləri üzrə) dissertasiyasını müdafiə etmişdir. 

2010-cu ildə AMEA Kibernetika İnstitutunda “05.13.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər” mövzusunda doktorluq (texnika elmləri üzrə) dissertasiyasını müdafiə etmişdir. 

Data mining; big data analitika; text mining; klasterləşdirmə; təsnifatlandırma; paylanmış hesablamalar; neyron şəbəkələr; genetik alqoritmlər; qarışqa alqoritmləri; diferensial təkamül alqoritmləri; arı alqoritmləri; particle swarm optimization (“sürü” intellekti əsasında optimallaşma) alqoritmləri; sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya onun tədqiqat istiqamətləridir. 

Mətnlərin avtomatik referatlaşdırılması və klasterləşdirilməsi üçün bir sıra optimallaşdırma modelləri təklif etmişdir. Optimallaşdırma modellərinin həlli üçün diferensial təkamül, qarışqa və particle swarm optimization alqoritmlərinin modifikasiyalarını işləmişdir. 

Müxtəlif növ mətn plagiatlığını aşkarlamaq üçün sözlərin semantik yaxınlığına və cümlələrin sintaktik quruluşuna əsaslanan metod təklif edilmişdir.

Mətnlərin məzmun yaxınlığını hesablamaq üçün yeni ölçülər daxil etmişdir.

Referatlaşdırma məqsədilə mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaşdırma modelləri təklif etmiş və optimallaşdırma modellərinin həlli üçün alqoritmlər işləmişdir.

Linqvistik biliklərdən və sözlərin semantik şəbəkəsindən istifadə etməklə mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması və intellektual təhsil sistemlərində tələbələrin referat yazma strategiyalarının sintaktik və semantik səviyyələrdə qiymətləndirilməsi üçün metodlar təklif etmişdir.

Veb-səhifələrin ranqının hesablanması üçün PageRank və HITS alqoritmlərinin modifikasiyalarının ümumiləşmiş variantını təklif etmiş və qarışqa alqoritmi işləmişdir. 

Loq fayllar əsasında veb-istifadəçilərin aktivliyinin öyrənilməsi və maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir. 

Qlobal şəbəkə qovşaqlarında CDN serverlərin və veb-kontentlərin optimal yerləşdirilməsi üçün modellər təklif etmişdir. 

Qeyri-bircins kompüter şəbəkəsi mühitində qeyri-bircins məsələlərin optimal paylanması üçün model və genetik alqoritm təklif etmişdir. 

Tam ədədli xətti və kvadratik proqramlaşdırma məsələlərinin və Korteveqa-de Friz-Bürgers tənliyi üçün qarışıq məsələnin neyron şəbəkədə həll alqoritmlərini təklif etmişdir. 

Elmi əsərlərin, jurnalların və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün indeks və metodlar təklif etmişdir. 

Veb-də elmi tədqiqatçıların və təşkilatların sosial şəbəkəsinin sintezi üçün metodlar təklif etmişdir. Sosial şəbəkələrdə aktorların ranqlaşdırılması üçün alqoritm işləmişdir. 

Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR metodunun effektiv modifikasiyasını təklif etmişdir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformatika” fənnini tədris edir, texnika, fizika və riyaziyyat istiqaməti üzrə kuratorluq fəaliyyətini həyata keçirir. 

130 elmi əsərin müəllifidir. 88 əsəri ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya, Çin, Cənubi Koreya, Sinqapur, Honq Konq, Tayvan, Rusiya, Ukrayna və s. ölkələrdə çap edilmişdir. 

10 jurnalın redaksiya heyətinin üzvü, 30-dan çox jurnalın rəyçisidir.

Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

Bir fəlsəfə doktoru hazırlamışdır.

Prezident İlham Əliyevin 6 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycanda informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

2013-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"ndə “Mətn tipli sənədlər çoxluğunun referatlaşdırılması üçün öz-özünə adaptiv mutasiya və krossover parametrli diferensial təkamül alqoritmi” məqaləsi İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.

2005-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.

Hal-hazırda institutda şöbə müdiri vəzifəsində çalışır. 

 

 
Xidməti tel.: (994 12) 5104399
Faks: (994 12) 5396121
Mobil tel.: (994 70) 3619597
Elektron poçtu: r.aliguliyev@gmail.com , a.ramiz@science.az  
28 May Respublika Günüdür
Xİdmətlər
İş fəaliyyətinizə bizimlə başlayın!
Ətraflı
Bizim yaradıcı və özünəməxsus ideyalarımıza etibar edin!
Ətraflı
Əlverişli qiymətlərə keyfiyyətli və rəngarəng nəşriyyat işləri!
Ətraflı
İT biliklərinizi inkişaf etdirərək karyeranızı dəyişin!
Ətraflı
Zəngin e-kitabxana xidmətləri!
Ətraflı
Dövrİ Nəşrlər