sa sa sa

Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur. 

1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. 

1989-1997-ci illərdə müxtəlif tədris müəssisələrində riyaziyyat və informatika müəllimi vəzifəsində işləmişdir. 

1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 

2006-cı ildə Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır. 

Hazırda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır.

Elektron imza və elektron sənəd haqqında, Elektron ticarət haqqında qanun layihələrinin işlənilməsində Milli Məclisdə təşkil edilmiş işçi qruplarda yaxından iştirak etmişdir. Azərbaycan Respublikasında elektron imza infrastruktunun və biometrik eyniləşdirmə sisteminin yaradılması məsələlərinə həsr edilmiş bir sıra elmi-populyar məqalələrin müəllifidir. 

Rəqəm imzası texnologiyası, Kriptoqrafiyanın əsasları, Kriptoqrafiya tarixi, “Biometrik texnologiyalar” və “Sosial şəbəkələr” kitablarının həmmüəllifidir. 

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 129, xaricdə çıxmış elmi əsərlərin sayı 25-dir. 

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

2014-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsinin qalibi olub. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə 3-cü birgə İKT üzrə mükafat müsabiqəsində “Barmaq izlərinin tekstur deskriptorları əsasında biometrik kriptosistemlərin qurulması” məqaləsinə görə 3-cü yerə layiq görülüb.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub. 

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 

2005-ci ildən institutda şöbə müdiri vəzifəsində işləyir. 

 Elmi əsərləri haqqında məlumat

Xidməti tel.: (994 12) 5104253
Ev tel.: (994 12) 4273940
Elektron poçtu: yadigar@lan.ab.az
6 dekabr Rabİte ve İnformasİya Texnologİyaları İşçİlərİnİn peşə bayramı
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR