ETN İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə institutun bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində mədəni-istirahətin təşkili məqsədilə Mərkəzi Nəbatat Bağında olub.
Əməkdaşlar burada müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, göl kompleksi və müxtəlif ekspozisiyalarla tanış olublar.
Ekskursiya çərçivəsində xarici ölkələrdən gətirilmiş, xüsusi şəraitdə bəslənən müxtəlif növ nadir dekorativ ağaclar, kol və güllərə də baxış keçirilib.
Qeyd edək ki, dövlət başçısı cənab İlham Əliyevin 2022-ci ildə imzaladığı müvafiq sərəncamı ilə 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı abadlıq, yenidənqurma işləri aparılmış, bağın inzibati binası əsaslı təmir edilmiş və yenidən istifadəyə verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.