ETN İnformasiya Texnologiyaları İnstitutunda “Sənaye 4.0 platformasında e-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemlərinin tədqiqi” mövzusunda rəqəmsal inkişaf çağırışları əsasında e-elm və e-təhsil mühitinin inkişafı perspektivlərinin, eyni zamanda e-elm və e-təhsil mühitində süni intellekt əsaslı innovasiyaların formalaşması və inkişafı üçün təkliflərin işlənilməsi nəzərdə tutulur.
Bu barədə institutun Elmi şurasının iclasında e-elmin formalaşması və elmmetriya problemləri üzrə fəaliyyət göstərən şöbənin 2025-ci il üzrə fəaliyyət planının müzakirəsində məlumat verilib.
Planı şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təqdim edərək cari ildə rəhbərlik etdiyi struktur bölmədə rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə aparılması nəzərdə tutlan tədqiqatlar haqqında məlumat verib. “Vətəndaş elmi layihələrində Industry 4.0 həllərinin tətbiqi” mövzusunda Böyük verilənlərlə xarakterizə olunan vətəndaş elmi problemlərində dərin təlim metodlarının tətbiqinin araşdırılmasınnı nəzərdə tutulduğunu söyləyib.
Şöbə müdiri həmçinin elmi fəaliyyətin bəzi göstəricilərinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsinə dair aparılacaq tədqiqatlardan bəhs edib: “Bu istiqamətdə tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi ilə bağlı araşdırmaların aparılması, məqalələrin hazırlanması nəzərdə tutulur”.
O, cari il ərzində Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlərdə, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda çapı nəzərdə tutulan məqalə və tezislər haqqında məlumat verib.
AMEA-nın müxbir üzvü R.Alıquliyev şöbə əməkdaşlarının elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlərdən də bəhs edib.
Sonra şöbənin fəaliyyət planına dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin elmi fəaliyyətinin gücləndirilməsi, aktual elmi problemləri əhatə edən tədqiqatların aparılması ilə bağlı təklif və tövsiyələrini səsləndirib.
Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.