Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda müdafiə ərəfəsində olan doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirildi. İmtahanda 18 nəfər doktorant və dissertant iştirak edirdi.
Doktorluq minimumu imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində əvvəlcədən kurslar təşkil olunmuşdur. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır.
Xatırladaq ki, mərkəzdə keçirilən imtahanlar elektron test üsulu ilə aparılır və nəticələr imtahandan dərhal sonra məlum olur.
Növbəti imtahanların cari ilin iyun ayının 1-dən 10-dək keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün imtahanlar bir qayda olaraq aprel və oktyabr aylarında keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.