“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı öz işini seksiya iclasları ilə davam etdirib.
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımovun həmsədrliyi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərlinin elmi katibliyi ilə keçirilən “Rəqəmsal tibbin formalaşmasının elmi-nəzəri problemləri” adlı seksiya iclasında “Tibbi kiberfiziki sistemlərin kiberdayanıqlılıq məsələləri”, “Süni intellektə əsaslanan tibbi diaqnostika üçün funksional biomarkerlərin tətbiqi”, “Ən yaxşı qlobal təcrübələrdən milli tətbiqə: Azərbaycan üçün rəqəmsal sağlamlıq strategiyaları”, “Tibbi şəbəkə infrastrukturunun arxitekturası: tibbi sağlamlıq sensorlarının bulud əsaslı platformalara inteqrasiyası”, “Tibbi verilənlərin monetizasiyası məsələləri”, “Rəqəmsal tibb 4.0 və sosial kredit sistemləri: problemlər və perspektivlər”, “Scopus və Web of Science bazalarının məlumatları əsasında tibb elmlərinin bibliometrik analizi”, “Azərbaycanda tibdə süni intellekt texnologiyalarının tətbiqi tarixi” və s. kimi aktual mövzularda elmi məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.
“Tibdə rəqəmsal texnologiyaların tətbiqinin elmi-praktiki problemləri” mövzusunda sekisya iclası isə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramovun həmsədrliyi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılovanın elmi katibliyi ilə keçirilib. Seksiyada “Tibb mütəxəssisləri üçün çoxdilli cərrahi platforma”, “Hepatosellülyar karsinomanın diaqnostikası üçün ekspert sistemi”, “Tibbi diaqnostikada süni intellekt texnologiyalarının tətbiqi”, “Hepatosellülyar karsinomanın ilkin müalicə seçimi üçün intellektual sistemin yaradılması alqoritmi”, “Tibbi informasiya sistemində süni intellektin rolu” mövzularda müzakirələr aparılıb.
Seksiya iclaslarında, həmçinin “Rəqəmsal səhiyyə mühitində fərdi tibbi məlumatların kibertəhlükəsizlik problemləri və həlləri”, “Beyin-kompüter interfeysinin tibdə tətbiqləri: mövcud vəziyyəti və perspektivləri”, “Səs rəqslərinin aşağı zolaq tezliklərinin akustik küyünün sağlamlığa bəzi ziyanlı təsirləri”, “Rəqəmsal tibbi terminoloji sistemin formalaşması problemləri və onların həlli yolları”, “E-tibb infrastrukturunda kiberinsidentlər, təhdidlər, risklər və onların intellektual analizi”, “Respublikada tibbi informatika ixtisasının açılmasının zəruriliyi və perspektivləri”, “Rəqəmsal tibb 4.0 mühitində təcili tibbi yardım xidməti: çağırışlar, imkanlar və perspektivləri” və və digər mövzular üzrə məruzələr təqdim olunub, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.