Akademik Rasim Əliquliyev “Baku TV”nin “Aktual gündəm” verilişinin qonağı olub – VİDEO

07 Noyabr 2025 - 10:46 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev “Baku TV”nin “Aktual gündəm” verilişinin qonağı olub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Baku TV”nin “Aktual gündəm” verilişinin qonağı olub.

“Müstəqil Azərbaycanın 30 ili: ən güclü dövrümüz niyə məhz indi başlayır?” mövzusuna həsr olunmuş verilişdə akademik Rasim Əliquliyev ölkəmizdə süni intellekt sahəsində artıq formalaşmış daxili və xarici siyasətin əsas istiqamətləri barədə fikirlərini bölüşüb.

Alim ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində dövlət qurumlarında, özəl sektorda, vətəndaş cəmiyyəti institutlarında və akademik mühitdə Dördüncü Sənaye İnqilabının yaratdığı çağırışların elmi tədqiqat obyektinə çevrildiyini diqqətə çatdırıb.

“Bu gün süni intellektin, rəqəmsal texnologiyaların yaratdığı reallıqlar ölkəmizin virtual məkanda suverenliyimizin təmin olunması məsələlərini aktuallaşdırır”, – deyə akademik Rasim Əliquliyev qeyd edib. Alim eyni zamanda, virtual məkanda Azərbaycan dilinin linqvistik suverenliyinin təmin olunmasının da olduqca vacib məsələlərdən olduğunu vurğulayıb.