AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Mədəniyyət” kanalının “Səhərçağı” proqramının qonağı olub.
Alim proqramda 30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü və informasiya təhlükəsizliyi məsələləri ilə bağlı çıxış edib, informasiya-kommunikasiya texnologiyalarının inkişafının cəmiyyətin müxtəlif sferalarına təsiri, Azərbaycan elmində bu istiqamətdə aparılan tədqiqatlar, eləcə də elm və təhsil sahəsində həyata keçirilən islahatlardan söhbət açıb.
Daha ətraflı aşağıdakı videodan izləmək mümkündür: