İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Gənclər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, müasir Azərbaycanın banisi və qurucusu olan Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.