AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun dissertantları üçün ixtisas fənnindən doktorluq imtahanı keçirilib.
İmtahanda institutun “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 3339.01 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan dissertantları iştirak ediblər.
Qeyd edək ki, imtahan komissiyasının sədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.