Berlin “Avropa kibercinayətkarlığının paytaxtı” adlandırılıb

19 Noyabr 2014 - 15:00 | Maraqlı məlumatlar
Berlin “Avropa kibercinayətkarlığının paytaxtı” adlandırılıb

Almaniya əks kəşfiyyat idarəsinin rəisi Hans Georq Massen Berlini “kiberciyənatkarlığın paytaxtı” adlandırıb. O bildirib ki, hər gün dövlət və müxtəlif şirkətlərin internet resurslarına  üç mindən çox  kiberhücum qeydə alınır.

42.tut.by saytının məlumatına görə, Almaniya Federativ Respublikası Konstitusiyasının Müdafiəsi Federal İdarəsinin rəhbəri 1 gün ərzində beş kiberhücumun Almaniya üçün ciddi təhlükə yaratdığını ifadə edib. Bildirib ki, hücum cəhdləri əsasən Rusiya və Çindən daxil olur.

O, kəşfiyyat hücumlarının “Böyük iyirmilik" sammiti kimi nüfuzlu beynəlxalq tədbirlər zamanı daha çox baş verdiyini qeyd edir. Bu zaman hökumət məsləhətçiləri digər ölkələrin “nümayəndələri”ndən PDF əlavə edilmiş viruslu elektron məktub ala bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.