Dekabrın 10-da Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihəyə start verib.
Layihənin məqsədi Avropa gənclərinə Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə məlumatların çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
Dekabrın 11-də “Center Park” otelində forum çərçivəsində keçirilən seksiya iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Avropaya inteqrasiya prosesində rəqəmsal inkişaf, onun regional birləşməyə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında əhəmiyyətli rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu söyləyən Ə.Əliyev Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin gənclər siyasətinin rolunu önə çəkib. Bildirib ki, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı”, “Dövlət gənclər siyasəti haqqında” rəsmi sənədlər dövlətimiz tərəfindən gənclərə göstərilən qayğının bariz nümunəsidir.
Avropaya inteqrasiyanın məqsəd və vəzifələrindən söz açan Ə.Əliyev İKT sferasının və İnternetin inkişafı, dünya üzrə İnternet istifadəçilərinin arasında gənclərin xüsusi rolundan bəhs edib. İKT sahəsinin mövcud vəziyyətindən danışan natiq bildirib ki, son 5 il ərzində ölkənin İT sektoru təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17% təşkil etmişdir.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkənin əsas inkişaf istiqamətləri və hədəflərindən danışaraq, respublikanın rəqəmsal inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən və perspektivlərdən söz açıb.
İKT-in və İnternetin təsiri ilə digər sahələrin, eləcə də əhalinin, xüsusən də gənclərin rəqəmsal inkişafı, ümumilikdə virtual mühitin tərəqqisi, istənilən sahə üzrə peşəkarlığı artırmaq imkanları, rəqəmsal uçurum problemi, İnternet resurslarından, elektron xidmətlərdən yararlanmaq, zəruri bilik və bacarığa malik olmağın üstünlüklərindən danışıb. İnformasiya mədəniyyətinə nail olmağın müasir dövrün tələblərindən olduğunu vurğulayaraq, gənclərimizin dünya elminə inteqrasiyasının zəruriliyini önə çəkib, dünyanın qabaqcıl gənc mütəxəssisləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. İnformasiya cəmiyyəti məsələləri üzrə Dünya Sammitlərində (Cenevrə-2003, Tunis-2005) qəbul olunan rəsmi sənədlərin biliklər cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.
Ölkəmizdə uğurla milli informasiya cəmiyyətinin yaradıldığını qeyd edən Ə.Əliyev onun vacib tendensiyalarını nəzərə çatdırıb, dövlət başçısı tərəfindən qəbul olunan İKT üzrə Azərbaycanın Milli Strategiyası və “Elektron-Azərbaycan” Dövlət Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən söhbət açıb.
Sonra "TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənov layihənin reallaşdırılması istiqamətində aparılan işlər haqda məlumat verib. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ et