Sahibini izləyən robot-çamadan təqdim edilib

16 Oktyabr 2019 - 10:46 | Maraqlı məlumatlar
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita” yük robotunun təqdimetmə tarixini və qiymətini açıqlayıb. Hər yerdə öz sahibini müşayiət edən mexanikləşdirilmiş yükdaşıyan noyabrın 18-dək satışa çıxarılacaq. ABŞ-da onun qiyməti 3250 dollar təşkil edəcək.

hitech.vesti.ru saytının məlumatına əsasən, yenilik “Vespa”nın innovativ layihələr laboratoriyası “Piaggio Fast Forward” tərəfindən hazırlanıb. 18 kiloqramlıq yük bölməsi ilə təchiz edilən “Gita” robotu kiçikölçülü yüklərin (məhsullar, elektronika, uşaq və ev heyvanları üçün oyuncaqlar) daşınması üçün nəzərdə tutulub.

Bu model avtonom deyil və ətraf mühitdə özü müstəqil hərəkət edə bilmir. “Gita” məxfilik baxımından irəlidə gedən istənilən insanı izləyir.

Sferik formalı robot-çamadan ilk növbədə şəhər şəraitində istifadə üçün nəzərdə tutulub. O, səki və velosiped yolları kimi bərk səthlərdə daha yaxşı hərəkət edir. “Gita” robotu qum, qar və ya palçıqda ilişib qalır, pillələnlə qalxa bilmir və yalnız 16 dərəcə əyilmə bucağının öhdəsindən gəlir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.