Harvard Universitetinin tədqiqatçıları orqanoidlər yaratmaq üçün yeni bir metod işləyib hazırlayıblar. Onlar kök hüceyrələrindən real orqanların miniatür modellərini hazırlamağa müvəffəq olublar. Alimlərin bu innovativ kəşfi, yəni, kiber orqanoid fərdi elementlərin davranışını izləmək üçün çoxsaylı elektron sensorlar tərəfindən nüfuz edilir.
4pda.ru saytının verdiyi xəbərə görə, organoidləri yaratmaqda əsas məqsəd yeni tibbi texnologiyaları inkişaf etdirməkdən ibarətdir. Lakin, izləmə sensorlarının tətbiqi gələcək mini orqanın inkişafına mənfi təsir göstərirdi.
Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin bir qrup tədqiqatçısı professor Çzya Lyünun rəhbərliyi altında bu problemi aradan qaldırmağa müvəffəq oldular. Onlar elektron ötürücüləri böyümənin ilk mərhələsində yeritməyi təklif etdilər. Cünki, bu cür erkən mərhələdə sensorlar hüceyrələr ilə bütöv bir canlı sistem, yəni, hüceyrələrin inkişafını müfəssəl izləməyə imkanı verən üzvi-sintetik hibrid əmələ gətirəcəkdilər.
Mühəndislər tədqiqatların gedişatında öz kəşflərinin yeni versiyasını hazırlayıblar. O, özünün elastikliyi və dalğayabənzər forması ilə fərqlənir.
Bundan sonra, tədqiqatçı mühəndislər onu kök hüceyrələrindən ibarət olan astara qoyaraq inkişaf etməsinə təkan veriblər.
Orqanoid böyüdükcə şəbəkəni “udaraq” öz strukturunun bir hissəsinə çevirə bilib.
Harvardlı mühəndislərin bu təcrübəsi uğurla başa çatıb. Onların yaratdığı ürək əzələsinin kibernetik modeli sınaq borusunda 90 gün yaşayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.