Ticarət mərkəzlərində sifətin tanınması sisteminin köməyilə alıcıların emosiyaları müəyyən ediləcək

14 Mart 2019 - 10:07 | Maraqlı məlumatlar
Ticarət mərkəzlərində sifətin tanınması sisteminin köməyilə alıcıların emosiyaları müəyyən ediləcək

Ticarət mərkəzləri və mağazalarda müştəri axınının analizi üzrə ixtisaslaşmış “Watcom Group” şirkəti “FindFace” alqoritminin yaradıcısı “NtechLab” ilə əməkdaşlıq çərçivəsində ticarət meydançaları üçün sifətin tanınması texnologiyasının hazırlanması ilə məşğul olacaq. Onun köməyilə alıcıların yaşı, cinsi, davranış və emosiyaları haqqında məlumatlar əldə etmək mümkün olacaq.

3dnews.ru saytının məlumatına görə, “Watcom Group” və “NtechLab” ticarət mərkəzlərində məlumatların toplanması üçün “FindFace” sifətin tanınması texnologiyası əsasında yeni texnologiyanın yaradılması məqsədilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

“FindFace” texnologiyası artıq “Vkontakte” sosial şəbəkəsinin istifadəçilərinin səhifələrini onların şəkili üzrə tapmağa imkan verən veb-xidmətdə istifadə olunur. Həmçinin ona əsaslanan texnologiya 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı zamanı təhlükəsizliyin təmin olunması üçün tətbiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.