2013-cü ilin ən populyar tvit siyahısının ilk üçlüyündə Hollivud aktyorları Kori Monteyt və Pol Uokerin ölüm xəbərləri yer alıb
gazeta.ru saytının məlumatında bildirilir ki, iyunun 29-da aktrisa Lea Mişelin həmkarı Monteytin ölümü haqqında "Twitter" sosial şəbəkəsində ilk ictimai şərhi 408,2 min retvit sayı ilə ən məşhur tvit olub.
Noyabrın 30-da yol-nəqliyyat hadisəsində dünyasını dəyişmiş P.Uoker ilə bağlı bəyanat isə 400,3 min dəfə retvitlənib.
Üçüncü yeri "One Direction" qrupunun üzvlərindən olan Nayl Xoranın öz ad günü münasibətilə paylaşdığı tvit tutub. Bu xəbər 367 retvit alıb.