Alimlər “min beyin nəzəriyyəsi”ni hazırlayırlar

06 Fevral 2019 - 15:40 | Maraqlı məlumatlar
Alimlər “min beyin nəzəriyyəsi”ni hazırlayırlar

Yeni “min beyin nəzəriyyəsi”ndə (Thousand Brains Theory) ehtimal edilir ki, biz dünyanın vahid mürəkkəb modelini formalaşdırmırıq, daim bir çox ayrı modellərin işini sinxronlaşdırırıq. Burada sensor informasiyanın analizi və şüurlu düşüncə olur, motorlu əmrlər və nitq formalaşdırılır. Güman edilir ki, neokorteks (beyin qabığının yeni sahələri) dünyanın, obyektlərin, insanların və özünün modelini yaradaraq və daim yeniləyərək işləyir. Lakin yeni qabıq neyronlarının hərəkət mexanizmi sirr olaraq qalır və daim onun fəaliyyəti haqqında yeni fərziyyələr meydana çıxır.

Bu fikirləri Cef Hokins və beyin qurğusunu canlandıran süni intellekt sistemlərinin hazırlanması üzrə ixtisaslaşan “Numenta” şirkətinin mütəxəssisləri səsləndiriblər. “Min beyin nəzəriyyəsi”ndə ehtimal edilir ki, neokorteksin hər bir sahəsi obyektlərin tam modellərini formalaşdırır, uzaq əlaqələr isə onlara eyni zamanda işləməyə imkan verir.

onauke.info saytının məlumatına görə, alimlər baş beynin gicgah paylarının entorinal qabığı üçün tipik “qəfəs neyronları”na müraciət ediblər. Onlar altıüzlü struktur yaradırlar və təsəvvür edilən məkan daxilində heyvanın vəziyyətini, oriyentasiyasını əks etdirərək və onun hərəkətindən asılı olaraq aktivləşirlər (bu mexanizmin kəşfinə görə 2014-cü ildə Nobel mükafatı verilib). Hokins və onun həmkarları fərz ediblər ki, analoji strukturlar bütün neokorteksdə ola bilər və onlardan hər birində qəbul edilən obyektlərin öz modelləri formalaşdırılır. “Əgər qəfəs neyronları bir predmetin məkanda vəziyyətini əks etdirirsə, biz güman edirik ki, “qəfəs neyronları” neokorteksdə eyni zamanda bir çox predmetin vəziyyətini əks etdirir”, tədqiqatçılar yazırlar.

Ümumilikdə hiss orqanı beyindən daxil olan informasiyanı təhlil edən və obyektin modelini formalaşdıran beyin qabığının hissələrini ardıcıl surətdə oyadır. Uzaq əlaqələr bütöv obrazı (məsələn, əldə tutulmuş fincan) formalaşdıraraq, müxtəlif modellərə (məsələn, görmə və toxunma hissi) birlikdə işləməyə imkan verir.

İnsanın beyin qabığı çoxqatlı şaquli sütunlar şəklində toplanmış yüzlərlə neyronu birləşdirən qruplardan təşkil olunub. Somatosensor qabıqdakı sütunlar obyektin toxunma hissi xüsusiyyətlərinin, beyin qabığının görmə hissəsindəki sütunlar isə görmə xüsusiyyətlərinin vəziyyətini izləyə bilər. Nəzəriyyəyə görə, bu kimi bir çox modellər neokorteksdə paralel şəkildə mövcuddur, neyronlar arasındakı uzaq əlaqələr isə onları sinxronlaşdırmağa imkan verir. Beyin qabığının yeni sahələrinin fəaliyyəti əsasında ətraf dünyanın vahid modelinin iyerarxik təşəkkülü deyil, çoxsaylı “kiçik” modellər arasındakı mürəkkəb qarşılıqlı əlaqə dayanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.