AMEA Mərkəzi Elmi Kitabxanasında nüfuzlu “Springer Nature” akademik nəşriyyatı tərəfindən “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda müəllif seminarı (“Springer Nature Author Workshop”) keçirilib. AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nərgiz Abdullayeva seminarda iştirakçı sertifikatına layiq görülüb.
Qeyd edək ki, seminar AR Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.