Stenford Universiteti elm və texnologiyanın inkişafına ən çox töhfə verən ali məktəbdir

12 Oktyabr 2018 - 11:11 | Maraqlı məlumatlar
Stenford Universiteti elm və texnologiyanın inkişafına ən çox töhfə verən ali məktəbdir

ABŞ-ın Stenford Universiteti “Reuters” agentliyinin tərtib etdiyi elm və texnologiyalara daha çox töhfə verən ali məktəblərin dünya reytinqində ardıcıl olaraq dördüncü dəfə birinci yeri tutub.

hightech.fm saytının məlumatına görə, reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu, üçüncüdə isə Harvard Universiteti qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.

Ölkələr üzrə ali məktəblərin sayına görə reytinqdə isə ilk pillədə ABŞ (49 təhsil müəssisəsi), ikinci və üçüncüdə Almaniya (9) və Yaponiya (9 ) yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.