Üçölçülü obyektlərin real məkandan virtual məkana transformasiya problemləri araşdırılır

01 İyul 2016 - 09:41 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin 2016-ci il üçün yarımillik hesabatı müzakirə olundu. Şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işlərindən bəhs edərək “Üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi. İmkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmaların davam etdirildiyini bildirdi.

Məruzəçi AMEA-nın ümumi yığıncağı, “Elektron tibbin muldissiplinar problemləri” I Respublika elmi-praktiki konfransı və digər tədbirlərin keçirilməsi ilə bağlı materiallar, institutun yeni əməkdaşları üçün vəsiqələr, vizitkartlar, ekspress-informasiyaların hazırlanması və s. ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında məlumat verdi.

Şöbə müdiri bildirdi ki, lokal şəbəkə üçün foto, audio və video materialların “Fotoqalereya” bazasına daxil edilməsi, “www.ict.az” saytına audio və video, qəzet və jurnal materiallarının, elektron resursların yerləşdirilməsi, institut əməkdaşlarının KİV-də olan məlumatlarının toplanılması üzrə işlər həyata keçirilir.

İnfoTV-nin fəaliyyətinin təkmilləşdirilməsi və kadr potensialının artırılması istiqamətində görülən tədbirlərdən söz açan A.Səmidov həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çap olunması və cari işlərə dair məlumatı diqqətə çatdırdı.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Sonra institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim 3D texnologiyaların imkanları ilə bağlı araşdırmaların dərinləşdirilməsinin, rəqəmsal mühitdə intellektual mülkiyyətin qorunması istiqamətində əsaslı tədqiqatların aparılması, həmçinin şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.