“Selfie” çəkən mini dron hazırlanıb

27 Yanvar 2016 - 13:20 | Texnoloji yeniliklər
“Selfie” çəkən mini dron hazırlanıb

ABŞ-da xoş emosiyaların tanınması texnologiyasından istifadə edərək avtomatik şəkil çəkən “ONAGOfly” adlı mini dron hazırlanıb.

Rambler News Servicein məlumatına görə, 2016-cı ilin yanvar ayından ABŞ-ın Federal Aviasiya İdarəsi tərəfindən çəkisi 250 qr və daha artıq olan pilotsuz uçuş aparatlarının qeydiyyatı aparılır. “ONAGOfly”ın çəkisi 136 qr təşkil etdiyindən onun qeydiyyatdan keçirilməsi tələb olunmur.

Mini dronu “Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) servisində sifariş etmək mümkündür. Pilotsuz təyyarənin dəyəri 199 dollar təşkil edir.

Qeyd edək ki, “ONAGOfly” artıq “Indiegogo” vasitəsilə 9 min sifarişçidən 1,8 mln dollar maliyyə vəsaiti cəlb edib.