“Skype” şirkətinin təsisçiləri “Starship Technologies” startapı çərçivəsində məhsulların çatdırılması ilə məşğul olan təkərli robotlar layihəsini istifadəyə veriblər.
gazeta.ru saytının məlumatına görə, robotların malları çatdıracağı maksimal məsafə 5 km təşkil edəcək. Onlar 6,5 km/saat sürətlə hərəkət edərək işıqforun siqnalına reaksiya verəcək və müxtəlif maneələri dəf edəcəklər. Kütləsi 18 kq-dək olan yükləri daşıya biləcək robotlar təyinat yerinə çatdıqda sifariş edən şəxs mobil proqramın köməyilə yük bölməsini açacaq və sifariş etdiyi məhsulu götürə biləcək. Yükün 5-30 dəqiqə ərzində çatdırılması nəzərdə tutulur.
Şirkət nümayəndələrinin fikrincə, yeni robotlardan istifadə məhsulların çatdırılma qiymətini 10 dəfə azaldacaq.