sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elsevier-in Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu ilə görüş keçirildi. 

Görüş Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərci və əməkdaşlıq əlaqələrinin müzakirəsi məqsədini daşıyırdı. 

Öncə A.Saraçoğlu alim və mütəxəssislər üçün dəyərli informasiya mənbəyi olan Elsevier-in digər elmi bazalarla müqayisədə üstünlüklərindən və geniş imkanlarından söhbət açdı. Bildirdi ki, Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından bu işlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. 

30 milyona yaxın istifadəçiyə xidmət edən şirkət dünya üzrə akademiyalar, universitetlər və elmi müəssisələrin fəaliyyətini, onların beynəlxalq elmi aləmdə mövqeyini müqayisəli təhlil edən ilk və ən böyük sistemdir. 

Görüşdə iyun və sentyabr aylarında İnformasiya Texnologiyaları İnstitutunda “Dünyada elmi-tədqiqatlara dair elektron resurslardan istifadə tendensiyaları” və “Beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər” mövzularında təlim seminarlarının keçirilməsi qərara alındı. 

Həmçinin bu yaxınlarda Azərbaycan elmi ictimaiyyətinin Elsevier-in ScienceDirect və Scopus kimi xidmətlərindən pulsuz istifadə imkanı əldə edəcəyi bildirildi. Qeyd edək ki, ScienceDirect xidməti dünya üzrə elm, texnologiya və tibb sahəsində mövcud olan tam mətnli (full text) məqalələrin 25%-ni əhatə edir. Ən böyük istinad bazası olan Scopus-a isə 20 500 adda müxtəlif elmi nəşrlər (elm, texnologiya, tibb və sosial elmlər sahəsində), 5 000 nəşriyyat evi və 5,3 milyon konfrans materialları daxildir. 

Sonda Azərbaycan alimlərinin 2008-2011-ci illər ərzində elmi fəaliyyətinə dair göstəricilərini əks etdirən hesabat təqdim olundu, eləcə də institut ilə Elsevier arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair “yol xəritəsi”nin məzmunu razılaşdırıldı. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti