Telefon:

(+994 12) 539 97 39, (+994 12) 539 20 98

Faks:

(+994 12) 539 61 21

Elektron poçt:

depart_11@iit.science.az  

Struktur bölmənin rəhbəri 

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə  Hüseyn qızı Məmmədova

Əsas fəaliyyət istiqamətləri

  • Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri;
  • Rəqəmsal tibbin formalaşması və  intellektuallaşdırılması problemləri;
  • Səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri problemləri

 

Əsas elmi nəticələri

  • Qeyri-səlis relyasion strukturlu biliklərin lokal və paylanmış mühitdə emalı texnologiyasının nəzəri və metodoloji əsasları işlənilmişdir;
  • Təşkilati-idarəetmə sistemlərində fərdi və kollektiv qərarların qəbul edilməsi metodları işlənilmışdir;
  • Elmi-təşkilati fəaliyyətdə qərarların qəbulunu dəstəkləyən AZEREKS ekspert sistemi işlənilmiş və bu sistemə müəlliflik şəhadətnaməsi alınmışdır;
  • Texnoloji proseslərin intellektual idarə edilməsi üçün qeyri səlis biliklərə əsaslanan model və sintez metodları təklif olunmuşdur;
  • Enerji sistemlərində operativ-dispetçer idarəetmə məsələlərinin həlli üçün qərarların qəbulunun intellektual dəstəklənməsi metodları işlənilmişdir;
  • Pilotaj texnikasının intellektual idarə edilməsi üçün uçuş informasiyasının emalı texnologiyası işlənilmış, pilotaj fiqurlarının tanınması və uçuş tapşırığının icra keyfiyyətinin qiymətləndirilməsi məsələləri həll edilmişdir;
  • Azərbaycan dilinin formal modelləri yaradılmış və onların əsasında linqvistik prosessor qurulmuşdur;
  • Maşın-tərcümə sistemində avtomatik lüğətin optimal strukturunun təyin edilməsi metodları işlənilmişdir;
  • Biliklər bazası və ekspert sistemləri əsasında Azərbaycan dilli mətnlərin avtomatlaşdırılmış emalının konseptual əsasları işlənilmişdir;
  • Təşkilatda personalın idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model və metodlar işlənilmişdir;
  • Demoqrafik proqnoz məsələlərinin həlli üçün “İntellektual demoqrafik proqnoz sistemi” işlənilmişdir;
  • Əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunmasının nəzəri-metodoloji əsasları işlənilmişdir;
  • Sosial media resursları əsasında kütlə rəyini nəzərə almaqla tibbi qərarların qəbulu üçün yeni informativ parametrlər təklif edilmişdir;
  • IoT texnologiyası əsasında yüksək riskli obyektlərdə çalışan işçilərin sağlamlığının idarə olunması üçün paylanmış  intellektual sistemin konsepsiyası və arxitektur-texnoloji prinsipləri işlənilmişdir (dəniz neft-qaz sənayesinin nümunəsində);
  • İndustry 4.0 şəraitində əmək bazarının intellektual idarə olunmasına metodoloji yanaşma təklif olunmuş, əmək bazarında peşə qruplarının və ixtisasların prioritetliyinin təyini üçün çoxkriteriyalı qərar qəbulu metodları işlənilmiş, prioritetlər üzrə tələb və təklifin uyğunlaşdırılması qeyri-səlis obrazların tanınması məsələsinə gətirilərək həll edilmişdir;
  • Bimodal elektron universitetin intellektual idarə olunması üçün konsepsiya, model və metodlar işlənilmişdir;
  • İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsasları işlənmişdir;
  • Hepatosellular karsinomanın mərhələlərinin təyini ilə bağlı həkim qərarlarının qəbulunu dəstəkləyən  ekspert sistemi işlənilmiş və bu sistemdən eyni zamanda çoxlu sayda həkimin zaman və məkandan asılı olmayaraq istifadəsi təmin olunmuşdur;
  • Tibbi sosial media resurslarında kraudsorsing məlumatları əsasında tibb müəssisələrinin və həkimlərin reytinqinin və pasiyent məmnunluğunun qiymətləndirilməsi metodları təklif edilmişdir;
  • məkan üzrə əhalinin tibbi-demoqrafik təhlükəsizliyinin idarə olunması üçün IoT əsaslı paylanmış monitorinq sistemi və qərarların sintezi metodunu işlənmişdir;
  • hepotesellular karsinomanın proqnozlaşdırılması üçün maşın təlimi metodlarının tətbiqi imkanları araşdırılmış, müvafiq milli bazanın formalaşdırılması metodikası təklif edilmişdir;
  • Tibdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi imkanları araşdırılmış və pasiyentmərkəzli  tibbi rəqəmsal əkizin ontoloji modeli təklif edilmişdir.