Telefon:

(+994 12) 539 72 26

Elektron poçt:

depart_6@iit.science.az

Struktur bölmənin rəhbəri

İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Qaraca oğlu Əliyev

Əsas fəaliyyət istiqamətləri

  • İKT-nin effektiv inkişafı və tətbiqi problemləri;
  • İnformasiya, rəqəmsal və bilik iqtisadiyyatının formalaşması və perspektiv inkişafı problemləri;
  • Rəqəmsal innovasiya iqtisadiyyatın formalaşma və inkişaf konsepsiyasının işlənilməsi;
  • E-iqtisadiyyatın elekton hökumət platformasında formalaşma və inkişaf konsepsiyasının işlənilməsi;
  • İnnovasiyaların və MİS-in effektiv idarəetmə metodlarının işlənilməsi;
  • İnformasiya (rəqəmsal) və biliklər iqtisadiyyatının innovativ proseslərinin və perspektivlərinin qiymətləndirilməsi;
  • İnnovasiya strukturlarının və proseslərinin formalaşması və səmərəli inkişaf səviyyəsinin qiymətləndirilməsi problemləri;
  • Elm-sənaye-təhsil problemlərinin formalaşması və səmərəli inkişaf səviyyəsinin qiymətləndirilməsi problemləri;
  • E-kommersiya sistemlərinin və proseslərinin formalaşması və səmərəli inkişaf istiqamətlərinin işlənilməsi;
  • İKT əsasında Cəmiyyətin və iqtisadiyyatın dayanıqlı yaşıl, inklüziv və kibertəhlükəsiz inkişafı problemləri və həll istiqamətləri;
  • Sənaye 4.0 platforması texnologiyalarının tətbiqi problemləri;
  • Rəqəmsal innovasiyaların transformasiyası problemləri;
  • İşğaldan azad olunmuş ərazilərdə rəqəmsal innovasiyaların tətbiqi məsələlərinin araşdırılması;
  • Yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması və səmərəli inkişaf istiqamətlərinin işlənilməsi;
  • Neft sənayesi iqtisadiyyatının kiberdayanıqlı yaşıl, inklüziv inkişafı problemlərinin həll istiqamətləri;
  • Qeyri-neft səaye potensialının təhlükəsizliyi və kiberdayanıqlı inklüziv inkişafı problemlərinin tədqiqi və həll istiqamətlərinin işlənilməsi;
  • Rəqəmsal innovasiya iqtisadiyyatın formalaşması və inkişafının kiberdayanıqlığının yüksəldilməsi istiqamətlərinin işlənilməsi;
  • Yeni iqtisadiyyat sektorlarının araşdırılması;
  • Yaşıl və sirkulyar iqtisadiyyat proseslərinin rəqəmsallaşdırılması problemləri;
  • Yeni iqtisadiyyatın süni intellekt, Big Data, bulud, İoT və kiberfiziki sistemlər əsasında formalaşması və qiymətləndirilməsi.

 

Əsas elmi nəticələri

  • İnformasiya, rəqəmsal və bilik iqtisadiyyatının formalaşma istiqamətləri təklif olunmuşdur;
  • İnformasiya və biliklər iqtisadiyyatının ölçülməsi üzrə kompozit indikatorlar sistemi işlənilmişdir;
  • İnnovativ müəssisələrin fəaliyyətinin təşkili və idarə olunması üzrə konseptual model və mexanizmlər təklif olunmuşdur;
  • Sosial iqtisadi xarakterli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif təyinatlı informasiya təminatı sistemlərinin yaradılması prinsipləri verilmişdir;
  • İnnovasiya prosesləri və strukturlarının xarakterik göstəriciləri və kriteriyaları işlənilmiş və qiymətləndirilmə metodikası verilmişdir;
  • İKT sahəsinin inkişafının iqtisadi göstəriciləri təhlil edilmişdir;
  • İqtisadiyyatın rəqəmsallaşdırılmasının perspektiv istiqamətləri təhlil olunmuşdur;
  • Sənaye müəssisələrinin rəqəmsal innovasiyalar əsasında effektiv fəaliyyətin təşkili problemləri araşdırılmışdır;
  • İnformasiya cəmiyyətində E-kommersiya texnologiyasının tətbiqi və inkişafı üzrə model və mexanizmlər işlənilmişdir;
  • İqtisadiyyatın yaşıl, inklüziv və kibertəhlükəsizlik texnologiyalar əsasında dayanıqlı inkişaf problemləri araşdırılmışdır;
  • İşğaldan azad olunmuş ərazilərdə rəqəmsal innovasiyaların tətbiqi məsələləri araşdırılmışdır;
  • Yaşıl və sirkulyar iqtisadiyyat problemlərinə rəqəmsal texnologiyaların tətbiqinin konseptual istiqamətləri verilmişdir.