Telefon:

(+994 12)  510 29 68

Faks:

(+994 12) 539 61 21

Elektron poçt:

depart_3@iit.science.az

Struktur bölmənin rəhbəri

Texnika üzrə fəlsəfə doktoru Rəşid Qurbanəli oğlu Ələkbərov

Əsas fəaliyyət istiqamətləri

  • Bulud texnologiyaları problemləri;
  • Superkompüter texnologiyalarının çoxaspektli problemləri;
  • İnformasiya-kommunikasiya texnologiyaları problemləri;
  • Paylanmış hesablama sistemlərinin analizi və sintezi problemləri;
  • Bulud hesablama sistemlərinin sintezi və intellektual idarəedilməsi problemləri;
  • Mobil hesablama buludlarının elmi-nəzəri problemlərin araşdırılması;
  • İndustry 4.0 platformasında kiberfiziki sistemlərin analizi  və  sintezi   problemləri;
  • Şəbəkə   texnologiyalarının   elmi-nəzəri   problemlərinin araşdırılması;
  • Fog Computing şəbəkəsinin resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi
  • Kiberfiziki sistemlərinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi;
  • Kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi;
  • IoT şəbəkə infrastrukturunda kiberinsidentlərin vurduğu ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi;

 

Əsas elmi nəticələri

  • Korporativ şəbəkələrdə istifadəçilərə göstərilən İnternet xidmətlərinin səmərəliliyinin artırılması üçün model və alqoritmlər işlənilmişdir;
  • Multiagent texnologiyasının tətbiqi ilə istifadəçilərin marağına uyğun kontentin təyin və əldə edilməsi üçün metodlar işlənilmişdir;
  • AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliliyinin artırılması metodları və alqoritmləri işlənilmişdir;
  • Korporativ şəbəkənin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün alqoritm işlənilmişdir;
  • Milli Superkompüter Mərkəzinin infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi və s.) təkliflər və sənədlər işlənilmişdir;
  • Korporativ şəbəkələrdə əlaqə kanalında yüklənməni optimal paylayan adaptiv modeli işlənilmişdir;
  • Kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi metodları və alqoritmləri işlənilmişdir;
  • Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və metodlar işlənilmişdir;
  • Böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün kompüter şəbəkələri əsasında paylanmış hesablama sistemləri yaradılmışdır;
  • Verilənlərin emal mərkəzində yaddaş və hesablama resurslarının səmərəli istifadəsi üçün metod və alqoritm işlənilmişdir;
  • Bulud əsaslı Elektron Dövlət Sistemnin konseptual modeli işlənilmişdir;
  • Bulud əsaslı Elektron Dövlət Sistemnin təhlükəsizlik mexanizmləri işlənilmişdir;
  • Bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlər işlənmişdir;
  • Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlər işlənilmişdir;
  • Mobil bulud hesablama mühitində cloudletlərin texniki imkanlarına əsasən klasterləşdirilməsi metodu işlənmişdir;
  • Mobil bulud hesablama mühitində məsələ və resursların səmərəli yerləşdirilməsi modeli işlənilmışdir;
  • Mobil bulud hesablama sistemlərində resurslarının  optimal seçilməsi metod və alqoritmlər işlənilmişdir;
  • Məlumatların bulud serverlərdə optimal yerləşdirilməsi metodları işlənilmişdir;
  • Bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik məsələləri mexanizmləri işlənilmişdir;
  • Şəhər miqyaslı naqilsiz şəbəkə mühitində cloudletlərin optimal yerləşdirilməsi metodu işlənilmişdir.
  • IoT sensorlardan toplanmış böyük həcmli məlumatların analizi üçün Fog Computing şəbəkəsinin arxitektur-texnoloji prinsipləri işlənməsi
  • Fog Computing şəbəkəsinin resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi
  • Kiberfiziki sistemlərinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi.
  • Əşyaların İnterneti texnologiyaları əsasında yaradılan kiberfiziki sistemlərin səmərəli idarəsi üçün  metod və alqoritmlərin işlənməsi.
  • Alternativ enerji mənbələrinin (günəş, külək və s.) sənaye 4.0 əsasında qurulması üçün metod və alqoritmlərin işlənməsi.