Telefon:

(+994 12) 539 85 48

Faks:

(+994 12) 539 61 21

Elektron poçt:

depart_13@iit.science.az 

Struktur bölmənin rəhbəri

Texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Şərif qızı Hacırəhimova

Əsas fəaliyyət istiqamətləri

  • İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri;
  • İnternetşünaslığın formalaşmasının müxtəlif aspektləri;
  • Data Mining və Big Data analitikası problemləri

 

Əsas elmi nəticələri

  • Müxtəlif təyinatlı korporativ informasiya sistemləri (rəqəm imzalı elektron sənəd dövriyyəsi, elektron arxiv, tapşırıqlara nəzarət, qərarların qəbulunu dəstəkləyən sistem və s.) üçün alqoritmlər və proqram təminatı işlənilmişdir;
  • Elektron sənədlərin idarə edilməsi sisteminin konseptual əsasları və arxitektur prinsipləri işlənmiş, e-sənədlərin təhlükəsizliyinə etimad infrastrukturunun funksionaltexnoloji arxitekturu və onun fəaliyyətinə aid tövsiyələr təklif edilmişdir;
  • Sistemin intellektuallaşdırılması üçün konseptual model, sistemlərdə mətn tipli sənədlərin məzmuna görə avtomatik təsnifatı üçün alqoritm işlənilmişdir;
  • Mətn sənədlərin avtomatik referatlaşdırılması üçün optimallaşma modelləri verilmişdir;
  • Optimallaşma məsələlərinin həlli üçün diferensial təkamül və “sürü” intellektinə əsaslanan alqoritmlərinin modifikasiya olunmuş binar variantları işlənilmişdir;
  • Domen adlarının qeydiyyat verilənlərinin ilkin emalı üçün alqoritm işlənmiş, domen adlarının qeydiyyat verilənlərinin identifikasiyası üçün metod təklif olunmuşdur;
  • Domen adlarının qeydiyyat verilənlərinin klasterləşdirilməsi üçün qeyri-iyerarxik metoddan istifadə edilməsi təklif edilmişdir;
  • Domen adları qeydiyyat verilənlərindən gizli biliklərin aşkarlanması üçün metod və yüksək səviyyəli milli domenlərin inkişaf dinamikasının qiymətləndirilməsi üçün metodika işlənilmişdir;
  • Azərbaycan Respublikasının maraqları ilə bağlı milli domen adlarının intellektual monitorinqi sistemi yaradılmışdır;
  • Böyük həcmli verilənlər toplusundan biliklərin əldə olunması problemi istiqamətində “Big data” texnologioyaları tədqiq olunmuşdur;
  • Böyük həcmli verilənlərin inteqrasıyası üçün konseptual model təklif edilmişdir;
  • Kompüter şəbəkə trafikində DoS hücumların aşkarlanması üçün klassifikatorsiya ansamblına əsaslanan model işlənilmişdir;
  • Dərin təlimin elmi-nəzəri problemlərinin tədqiq olunmuşdur;
  • Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi və CNN , LSTM süni neyron şəbəkələr əsasında dərin təlim modeli işlənmişdir;
  • Böyük həcmli verilənlərdə axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan metod (Neural Foresting) təklif olunmuşdur;
  • Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı mövcud vəziyyət və problemlər analiz edilmiş, onların aradan qaldırılması üçün təklif və tövsiyələr verilmişdir;
  • Maşın təlimi əsasında neft-mədən verilənlərin analizi üçün maşın təlimi modelləri işlənmişdir;
  • E-reyestrlərdə toplanmış demoqrafik verilənlərin intellektual analizi və proqnozlaşdırılması üçün alqoritmlər işlənmişdir;
  • Milli intellektual potensialın qiymətləndirilməsi məsələləri tədqiq olunur.