ELANLAR

5247

3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək

12 Noyabr 2014 - 11:15
3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bakıda gələn il fevralın 12-də 3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək.
 
ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin məqsədi üçölçülü texnologiyalar və onların unikallığı haqda məlumat verməkdir. "Smile Expo” şirkəti tərəfindən təşkil olunan “3D PrintConference”da bu texnologiyanın Azərbaycan bazarında hansı imkanlar açdığı haqda bəhs ediləcək.

Tədbir çərçivəsində biznesdə 3D-çapın istifadəsinin geniş imkanları, onun iş prinsipləri nümayiş ediləcək.

Texnologiya kompüterdə məmulatın 3D-modelini yaratmağa və qısa vaxt ərzində sifariş edilən parametrlərə cavab verən mükəmməl fiziki obyekt əldə etməyə imkan verir. 3D-printerlərin üstünlükləri göz önündədir: onlar məhsulun istehsalının maya dəyərini azaldır, onun bazara çıxarma müddətini qısaldır, istənilən formada və mürəkkəblikdə elementləri modelləşdirməyə imkan verir. 3D-çap müxtəlif materiallardan tez və yüksək dəqiqlikdə  istehsalı təmin edir.

Aparıcı dünya istehsalçıları 3D-çapın genişmiqyaslı istifadəsinin mümkünlüyünü dərk edərək ənənəvi istehsalı bu universal texnologiya ilə əvəz ediblər, misal üçün, ABŞ-ı və 3D–printer vasitəsi ilə evin biri cəmi 5 min dollar olmaqla,  24 saat ərzində 10 binanın karkasını yaradan  Çini qeyd etmək olar.
 
Üçölçülü çap bizim həyatımıza artıq daxil olub və maşınqayırmada (avtomodelləşdirmə, aviamodelləşdirmə, tyuning), qida sənayesi, hərbi sahə, robototexnika, dizayn və geyim istehsalı, tibb, stomatologiya (protezlər, diş tacı, inan bədəninin ayrı-ayrı hissələrinin və ya ümumi skeletinin kopyaları), arxitektura, tikinti (binaların, şəhərin ayrı-ayrı rayonlarının, kottec qəsəbələrinin), təhsil (əyani vəsaitlər, maketlər) istifadə olunur.