ELANLAR

2941

Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək

24 Noyabr 2020 - 00:11
Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

13-28 aprel 2021-ci il tarixlərdə Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək.

Ümummilli lider Heyder Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd olunması ilə bağlı silsilə tədbirlər çərçivəsində keçiriləcək konfransda “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf”, “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi” mövzularında müzakirələr aparılacaq.

Tədbirlər ölkəmizdə və xaricdə müvafiq sahələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi-tədqiqat qurumlarının tələbə və gənc tədqiqatçılarına həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək üçün bir platforma rolunu oynayacaq. Həmçinin bu istiqamətdə təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Konfrans Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.

Elmi konfranslarda iştirak etmək üçün məruzələri 11 yanvar 2021-ci il tarixinə qədər müvafiq tələblərə uyğun olaraq Bakı Ali Neft Məktəbinin internet səhifəsində (http://conference-bhos.az) elektron qeydiyyatdan keçməklə təqdim etmək lazımdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.