YUNESKO “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” elan edib 02.03.2020    11:16

Proqramda üzv dövlətlər tərəfindən milli regional və subregional əsasda yeni layihələrin irəli sürülməsi nəzərdə tutulur.

Hər bir üzv ölkə İştirak Proqramına YUNESKO-nun mandatına uyğun gələn 7 layihə təqdim edə bilər. Üzv dövlətlər təqdim edəcəkləri layihələrdə YUNESKO proqramının 2020-2021-ci illər üzrə müəyyən edilmiş qlobal prioritetlərinə diqqət yetirməyə dəvət olunurlar.

Proqram çərçivəsində milli layihələrə 26 min, subregional və regionlararası layihələrə 28 min, regional layihələrə isə 38 min ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. Layihələr YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən YUNESKO-ya təqdim ediləcək.

Maraqlanan şəxslər layihələri formalar üzrə hazırlayaraq 27 mart 2020-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə təqdim edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti