İnternet istifadəçilərinin təhlükəsizliyi və hüquqları müzakirə olunacaq 04.04.2014    12:04

Aprelin 7-də .RU milli domeninin 20 illiyində Moskvada İnternet idarəçiliyi üzrə 5-ci Rusiya Forumu (RIGF-2014) keçiriləcək. 

Marriott Qrand-Oteldə baş tutacaq forum ICANN və Rusiya Elektron Kommunikasiyalar Assosiasiyasının dəstəyi ilə Milli Domen Şəbəkəsi Koordinasiya Mərkəzinin və Internet Texniki Mərkəzinin təçkilatçılığı ilə keçiriləcək. 

Forum dövlət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı əlaqələrin və üçtərəfli dialoqun təşkili üçün mühüm platformadır. 

Müxtəlif ölkələrin İnternet idarəçiliyi sahəsində dövlət siyasətində istifadə olunan formaların müxtəlifliyi, həmçinin Rusiya şəraitində bu və ya digər qərarların qəbul edilməsinin mümkünlüyü forumun əsas müzakirə mövzusu olacaq. Bundan əlavə, tədbir iştirakçıları informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, yeni domenlər və dünya domen landşaftındakı dəyişikliklər, İnternetin tənzimlənməsi prinsipləri və İnternet istifadəçilərinin hüquqlarına dair məsələləri müzakirə edəcəklər. 

Diskussiyalar “İnternet və iqtisadiyyat”, “Şəbəkədə şəxsi həyat hüququ”, “Yüksək səviyyəli yeni domenlər”, “Təhlükəsiz İnternet” və “İnternet istifadəçilərinin hüquqları” mövzuları üzrə seksiyalarda aparılacaq. Müzakirələrdə Rusiyanın və dünyanın aparıcı İnternet-ekspertləri, dövlət və ictimai təşkilatların nümayəndələri, iri İnternet şirkətlərinin rəhbərləri iştirak edəcək. 

RIGF çərçivəsində ənənəvi mühazirəni NLnet Labs şirkətinin direktoru, İnternetin arxitekturası üzrə Şuranın keçmiş sədri, Avropanın qocaman İnternet-mütəxəssislərindən biri olan Olaf Kolkman oxuyacaq. O, gələcək innovasiyaların əsası kimi İnternetin arxitekturası haqqında danışacaq. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti