“Iran Telecom 2019” 20-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçiriləcək 17.09.2019    10:03

30 sentyabr – 3 oktyabr 2019-cu il tarixlərində İranın paytaxtı Tehran şəhərində “Iran Telecom 2019” 20-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçiriləcək.

“Iran Telecom” 2000-ci ildən etibarən hər il Tehran Sərgi Mərkəzində keçirilir. Sərginin təşkilatçıları Almaniyanın “Trade Fair” və İranın “Palar Samaneh” şirkətləridir.

“Iran Telecom” sərgisi İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İranın Sənaye Nazirliyi, aparıcı telekommunikasiya şirkəti “TCI” və telekommunikasiya infrastrukturu üzrə “TIC” şirkətinin dəstəyi ilə keçirilir.

expoclub.ru saytının məlumatına görə, iştirakçıların stendlərində rabitə şəbəkələrinin inkişafı sahəsində avadanlıq, texnologiya və xidmətlər, rabitə infrastrukturu obyektlərinin qurulması, poçt rabitəsinin inkişafı və optik-lifli əlaqədən istifadə üsulları nümayiş olunacaq.

Məlumat üçün qeyd edək ki, dünyanın 16 ölkəsindən 40 min ziyarətçinin qatıldığı “Iran Telecom Innovations 2017”də 200-dən çox eksponent biznes-ideyaları müzakirə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

Ümumdünya Robotlar Konfransı
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR