“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı keçirilib 29.11.2019    10:12

Bu gün İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyəti və İTİ-nin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı öz işinə başlayıb.

Süni intellekt, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, böyük verilənlər, mobil texnologiyalar, bulud hesablamaları, sosial şəbəkələr kimi texnologiyaların inkişafı fərdi məlumatların təhlükəsizliyi baxımından ciddi problemlər yaradır.

Fərdi məlumatlardan sui-istifadə edilməsinin mənfi nəticələri təkcə ayrı-ayrı insanların şəxsi həyatlarının toxunulmazlığı hüququnun pozulmasında deyil, ictimai həyatda, iqtisadiyyat və siyasətdə də özünü ciddi şəkildə göstərə, milli maraqlara təhdidə çevrilə bilər.

Konfrans müasir şəraitdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları qarşısında vacib vəzifələr qoyduğunu nəzərə alaraq, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinə həsr olunur. Konfransın məqsədi fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsidir.

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransının plenar iclasında “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının identifikasiyası problemləri və onların həlli yolları haqqında”, “Elektron dövlət mühitində fərdi məlumatların təhlükəsizliyi problemləri və onların həlli yolları”, “Tibbi sosial media istifadəçilərinin fərdi məlumatlarının təhlükəsizliyi məsələləri”, “Konfidensiallığı qorumaqla fərdi məlumatların intellektual analizi üçün Deep Learning metodları”, “Fərdi məlumatların leqal və “qara” biznesinin formalaşması xüsusiyyətləri” və “Milli mentalitet və stereotiplər kontekstində fərdi məlumatlara həssaslığın folklorik təzahürləri” adlı məruzələr dinləniləcək.

Günün ikinci yarısında konfrans öz işini “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktiki problemləri” mövzularına həsr olunmuş bölmə iclaslarında davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR