İnternet və sistemlərin riskləri və təhlükəsizliyi üzrə 14-cü beynəlxalq konfrans keçiriləcək 25.02.2019    15:45

29-31 oktyabr 2019-cu il tarixlərində Tunisin Hammamet şəhərində İnternet və sistemlərin riskləri və təhlükəsizliyi üzrə 14-cü beynəlxalq konfrans (The 14th International Conference on Risks and Security of Internet and Systems (CRiSIS) keçiriləcək. Konfrans İnternet ilə əlaqədar tətbiq, şəbəkə və sistemlərdə təhlükəsizlik məsələlərinə həsr olunacaq.

Tədbirdə risklərin təhlili və idarə edilməsi, hücumlar və müdafiə, təşkilati, etik və hüquqi məsələlər, təhlükəsizlik və risklərin qiymətləndirilməsi, əməliyyat sistemlərinin təhlükəsizliyi və etibarlılığı, sənaye nəzarət sistemlərinin təhlükəsizliyi istiqamətlərində müzakirələr aparılacaq.

Məqalələr 9 iyun 2019-cu il tarixinədək qəbul edilir. 

Ətraflı məlumatı crisis2019.redcad.org saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti