Big Data təhlükəsizliyi və məxfiliyi üzrə V beynəlxalq konfrans keçiriləcək 11.12.2018    15:38

27-29 may 2019-cu il tarixlərində ABŞ-ın Vaşinqton şəhərində IEEE tərəfindən təşkil olunan “Big Data təhlükəsizliyi və məxfiliyi” – “IEEE Big Data Security 2019” keçiriləcək.

cloud-conf.net saytının məlumatına görə, böyük həcmli məlumatların saxlanması, ötürülməsi və emalı üçün təhlükəsizlik və məxfiliyin təmin edilməsinə Big Data ilə bağlı bütün sahələrdə xüsusi diqqət yetirilir. “IEEE Big Data Security 2019” bu sahədə əldə olunmuş mühüm elmi nailiyyətləri bir araya toplamaq məqsədi daşıyır.

Yeni Big Data modelləri, Əşyaların İnternetində, Cloud Computing sahəsində Big Data təhlükəsizliyi və məxfiliyi məsələləri, böyük həcmli məlumatların saxlanması problemləri,·kibercinayətkarlıq, kibermonitorinq, insidentlərə qarşı reaksiya, verilənlər bazasının və verilənlərin emalı mərkəzinin təhlükəsizliyi, bulud hesablamalarında sensor şəbəkə təhlükəsizliyi, bulud və şəbəkə təhlükəsizliyi, mobil Cloud Computing,·yaşıl bulud hesablama və s. konfransın əsas mövzularını əhatə edir.

Qeyd edək ki, konfransa məqalələr 21 yanvar 2019-cu il tarixinədək qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti